ABŞ məhkəməsi vergi ödəyicilərinin vəsaitilə çəkilən Tramp təbliğat reklamlarının efirə verilməsini dərhal dayandırıb

1 Min Read
Nyu-York Dairəsi üzrə Cənub Rayon Məhkəməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasına vergi ödəyicilərinin pulu hesabına maliyyələşdirilən televiziya reklamlarının yayımını dərhal dayandırmaq barədə qərar çıxarıb. Məhkəmə qərarına əsasən, cavabdeh tərəfə 11 oktyabr 2026-cı il tarixi də daxil olmaqla, planlaşdırılan bütün efir vaxtlarını, yerləşdirmə və reklam sifarişlərini ləğv etmək həvalə olunub.
“Washington Post” qəzetinin federal xərc hesabatlarına istinadən verdiyi məlumata görə, administrasiya büdcə ehtiyacları üçün ayrılan təxminən 20 milyon dollarlıq dövlət vəsaitini seçki xarakterli təbliğat çarxlarının hazırlanmasına yönəldib. Bu addım həm Demokratlar Partiyası, həm də bir sıra Respublikaçı konqresmenlər tərəfindən kəskin tənqid olunub. Artan təzyiqlər fonunda Tramp “Truth Social” hesabında bəyan edib ki, sözügedən reklamların ödənişi bundan sonra şəxsi vəsaiti və “MAGA Inc.” siyasi komitəsinin ianələri hesabına həyata keçiriləcək, lakin Ağ Ev rəsmiləri bərpa olunanadək xərclənmiş dövlət vəsaitinin geri qaytarılmayacağını bildiriblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş