Sakit Üçtəpəlinin “Şükranım – cənnət mələyim” kitabının təqdimat mərasimi keçirilib

1 Min Read

10 oktyabr 2026-cı il tarixində Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində Veteranlar Təşkilatının dəstəyi ilə yazıçı-publisist, şəhid qardaşı Sakit Üçtəpəlinin vaxtsız dünyasını dəyişmiş qızının əziz xatirəsinə həsr etdiyi “Şükranım cənnət mələyim” kitabının təqdimat mərasimi keçirilib.

 

Duyğusal anlarla yadda qalan tədbirdə şəhid ataları, müəllifin qələm dostları, yaxınları və doğmaları iştirak ediblər. İştirakçılar övlad itkisi ağrısını sözün qüdrəti ilə ifadə edən bu əsərin mənəvi dəyərindən, müəllifin qızının əziz xatirəsini əbədiləşdirmək istəyindən bəhs ediblər.

 

İzmedia.az xəbər verir ki Tədbirin sonunda Sakit Üçtəpəli iştirakçılara öz kitablarını hədiyyə edib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş