Sərt qış mövsümü ərəfəsində ABŞ Prezidenti Donald Trampın Rusiyadan milyonlarla ton dizel yanacağı idxal etmək barədə Moskva ilə razılaşması Ukrayna rəhbərliyində kəskin narazılıq və narahatlığa səbəb olub. “Politico” nəşrinin məlumatına görə, Vaşinqtonun sanksiya rejimini yumşaldaraq Rusiya neft məhsullarına yaşıl işıq yandırması Kiyev üçün ağır mənəvi və siyasi zərbə kimi dəyərləndirilir. Ukrayna Prezidenti Volodimir Zelenski bu addımı “zəif qərar” və “Putinə verilmiş hədiyyə” adlandıraraq kəskin tənqid edib.
Kiyevin bu sövdələşməyə cavab olaraq Rusiyanın neft emalı zavodlarına dron zərbələrini bərpa etməsi Vaşinqtonun sert reaksiyasına yol açıb. Trampın enerji obyektlərinə hücumları dayandırmaq tələbini geri çevirən Zelenski həm Vaşinqton, həm də müttəfiq Avropa paytaxtlarına qarşı ritorikasını kəskinləşdirib. Lakin beynəlxalq analitiklər, o cümlədən keçmiş britaniyalı diplomat Tim Vilasi-Vilsi xəbərdarlıq edirlər ki, ABŞ administrasiyası ilə açıq qarşıdurma Ukrayna üçün kritik risklər yaradır. Ağ Evin kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq, “Starlink” peyk rabitəsini məhdudlaşdırmaq və müttəfiqlərin Ukrayna üçün Amerika silahları alması proqramını dondurmaq ehtimalı Kiyevin cəbhədəki imkanlarını ciddi şəkildə zərbə altına qoya bilər.
İzmedia.az
![]()

