Albaniya Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlük prosesi çərçivəsində müəssisə və sənaye siyasətini əhatə edən 20-ci fəsil üzrə danışıqları uğurla yekunlaşdırıb. RTSH televiziya kanalının verdiyi məlumata görə, müvafiq qərar oktyabrın 13-də Lüksemburqda keçirilən 10-cu Hökumətlərarası Konfransda qəbul edilib. Bu fəsil sahibkarlığın və sənayenin inkişafı, kiçik və orta biznesin dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılması və yerli şirkətlərin Avropa vahid bazarına inteqrasiyasını nəzərdə tutur.
Bu addımla Albaniya Aİ-yə üzvlük üçün tələb olunan 33 danışıqlar fəslindən artıq dördünü müvəqqəti olaraq bağlamış olub. Tiran daha əvvəl — 2026-cı ilin iyul ayında elmi tədqiqatlar, təhsil və mədəniyyət, eləcə də xarici əlaqələr üzrə fəsilləri tamamlamışdı. 2014-cü ildən namizəd statusu daşıyan və 2022-ci ildən rəsmi üzvlük danışıqlarını aparan Albaniya hökuməti bütün qanunvericilik və iqtisadi islahatlar paketini 2027-ci ilə qədər yekunlaşdırmağı hədəfləyir.
İzmedia.az
![]()

