Albanese: ABŞ-dən Yaxın Şərq münaqişəsi ilə bağlı Avstraliyaya sorğu daxil olmayıb

1 Min Read

Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, Kanberraya ABŞ tərəfindən Yaxın Şərqdəki münaqişə ilə bağlı hər hansı yardım müraciəti daxil olmayıb.

İzmedia.az bildirir ki ,onun sözlərinə görə, yeganə müraciət Körfəz ölkələrinə dəstək göstərilməsi ilə bağlı olub.

Baş nazir 9News telekanalına açıqlamasında deyib: “Bizə heç bir sorğu daxil olmayıb. Onlar bu açıqlamanı bir gecədə veriblər və bunu birtərəfli şəkildə ediblər”.

Albanese qeyd edib ki, Avstraliyaya daxil olan yeganə tələb Körfəz ölkələrinə, xüsusilə BƏƏ-yə dəstək göstərilməsi ilə bağlı olub. “Bu səbəbdən biz yüksək imkanlara malik Wedgetail təyyarəmizi göndərdik və onun Yaxın Şərqdə qalma müddətini daha dörd həftə uzatdıq. Bu təyyarə münaqişənin tərəfi olmayan, lakin onun təsirinə məruz qalan insanlar üçün mühüm müdafiə imkanları təmin edir”, – deyə o bildirib.

Baş nazirin bu açıqlaması Avstraliya hökumətinin siyasətinə müxalifətin tənqidləri fonunda səsləndirilib. Liberal və Milli partiyaların liderləri Angus Taylor və Matt Canavan isə Avstraliyanın İranla bağlı münaqişədə ABŞ-a hərbi dəstək verməli olduğunu bildiriblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş