Sionist İsrail ordusu atəşkəsə qulaq asmır!Livanı vurdu

1 Min Read

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri cənubundakı Nabatiye vilayətinin Kantara, Kefertebnit və Yuxarı Nəbatiyə qəsəbələrini hədəfə alıb.Hücumlarda ölən və ya yaralanan olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.

izmedia.az xəbər verir ki, sionist İsrail ordusu martın 2-də Livana intensiv hava hücumlarına başlayıb və ölkənin cənubunda onlarla qəsəbəni işğal edib.Livan hökuməti hücumlar səbəbindən ölkədə didərgin düşənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs daha sonra bir neçə dəfə uzadılıb.

Oktyabrın 12-də verdiyi son açıqlamada Livan Səhiyyə Nazirliyi 2 martdan bu yana İsrailin bu ölkəyə etdiyi hücumlarda ən az 4389 adamın öldüyünü bildirmişdi.Digər tərəfdən İsrail və Livan, ABŞ-ın vasitəçiliyi ilə iyunun 26-da iki ölkə arasındakı münaqişəni sona çatdırmaq və uzunmüddətli sülhü təmin etmək məqsədi ilə "çərçivə razılaşması" imzalamışdı.Müqavilə İsrailin işğal etdiyi Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını və tərəflər arasında danışıqlar prosesinin davam etdirilməsini nəzərdə tutur.Lakin əldə olunan razılaşmaya baxmayaraq, İsrail Livandakı işğalını və hücumlarını davam etdirir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş