"Beşiktaş" UEFA Avropa Liqasında dünən keçirilən "Kristal Pelas" matçında çiynindən zədə aldığı üçün oynamağa davam edə bilməyən Fabio Mirettinin səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib.
izmedia.az xəbər verir ki, ağ-qara klubdan verilən açıqlamada, "Fabio Mirettinin qiymətləndirilməsi və rentgenoloji görüntüləməsində sağ çiyin-köpücük sümüyünün oynaq nahiyəsində zədə (Akromioklavikulyar Oynaq Ayrımı) aşkarlanıb və futbolçumuzun müalicəsinə həkim heyətimiz tərəfindən başlanılıb".deyildi.
İtalyan futbolçunun 4-6 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
![]()

