Fitch Ratings Türkiyənin borc kapitalı bazarının böyüməyə davam edəcəyini proqnozlaşdırır

2 Min Read

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin “Türkiyə borc kapitalı bazarının monitorinqi”nə əsasən, Türkiyənin borc kapitalı bazarında dövriyyədə olan borc alətlərinin cəmi bu ilin üçüncü rübünün sonunda illik bazda 4 faiz artaraq 526 milyard dolları keçib.

izmedia.az xəbər verir ki, digər tərəfdən, borc kapitalı bazarında emissiyanın ümumi həcmi bu ilin 9 aylıq dövründə 115,3 milyard dollara qədər azalıb.Bu azalmanın əsas səbəbi istiqraz emissiyalarının illik bazda 8 faiz azalması olub.

Yanvar-sentyabr dövründə sukuk emissiyaları illik bazda 46 faiz artaraq, ümumi borc kapitalı bazarının emissiyalarında payını 16 faizə çatdırıb.Ötən ilin 9 aylıq dövründə bu nisbət yüzdə 11 idi.

Türkiyə bu ilin 9 aylıq dövründə Çin istisna olmaqla inkişaf etməkdə olan bazarlar arasında dollarla borc verən üçüncü ölkə oldu və sukuk bazarında fəal olan 3 G20 ölkəsindən biri kimi önə çıxdı.Dövriyyədə olan sukukun həcmi üçüncü rübün sonuna 46 milyard dolları ötüb.

Çin istisna olmaqla, Türkiyə inkişaf etməkdə olan bazarlar arasında dollarla ifadə olunan ekoloji, sosial və idarəetmə (ESG) borc alətləri emissiya edən beşinci ən böyük ölkədir.Türkiyənin bu sahədəki payı bu ilin 9 aylıq dövründə yüzdə 12 olub.

Qeyri-rezident investorların daxili dövlət borc alətlərində payı 2026-cı ilin avqust ayının sonuna bir qədər azalaraq 7,2 faiz təşkil edib.

Fitch Ratings-in məlumatına görə, Türkiyənin 10 illik dollarla dövlət istiqrazlarının ABŞ Xəzinədarlığı istiqrazları ilə müqayisədə gəlir fərqi mart ayında çatdığı zirvə ilə müqayisədə azalıb.Kredit dərəcəsinə malik sukukun likvidliyi də yaxşılaşıb.

Qurum 2027-ci ilə qədər borc kapitalı bazarında dövriyyədə olan borc alətlərinin ümumi həcminin 550 milyard dollara çatacağını gözləyir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş