Ermənistan TRIPP layihəsinin icrası zamanı İrana və digər qonşu ölkələrə qarşı yönəlmiş heç bir prosesdə iştirak etməyəcəyini bəyan edib.
Sherg.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ümumdünya Erməni Sammitində bildirib.
O qeyd edib ki, TRIPP hərbi deyil, iqtisadi layihədir və onun çərçivəsində ərazidə silahlı hərbçilərin yerləşdirilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti daha əvvəl TRIPP layihəsini Tehran üçün “qırmızı xətt” adlandırıb.
![]()

