07.11.2026-cı il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Novxanı ərazisindən qəza səbəbilə çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində yardım olunub.
***
12:49
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.
Qabil Xudiyevin idarə etdiyi “Lada Granta” markalı avtomobillə 77-HP-162 dövlət nömrə nişanlı “Kia Rio” markalı maşın toqquşub. Zərbənin təsirindən “Kia Rio” yolda aşıb.
Qəza nəticəsində “Lada Granta”nın sürücüsü Q.Xudiyev və sərnişini Zamin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Aşan maşının sürücüsü N.Babayev isə möcüzə nəticəsində xəsarət almayıb.
![]()

