Moskva: Ermənistanla sabit münasibətlərin qorunmasını gözləyirik

1 Min Read

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Ermənistanda keçiriləcək qarşıdan gələn seçkilər fonunda ikitərəfli sabit münasibətlərin qorunub saxlanılmasını gözləyir. O, bu barədə Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə açıqlama verib.

Qaluzinin sözlərinə görə, Rusiya erməni xalqına hörmətlə yanaşır və ümid edir ki, seçkiqabağı dövrdə yaranan gərginlik şəraitində Ermənistan cəmiyyəti “soyuqqanlılığını” qoruyacaq.

Diplomat qeyd edib: “Ümid edirik ki, qarşıdan gələn seçkilərlə bağlı getdikcə gərginləşən atmosferdə Ermənistan cəmiyyəti heç kimin ölkəni Rusiya ilə qarşıdurmaya sürükləməsinə imkan verməyəcək”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş