Belqradda yüzlərlə tələbə ilə polis arasında qarşıdurma baş verib. Etirazlar Belqrad Universiteti ofislərinə polis basqınlarına etiraz olaraq keçirilib.
Reuters agentliyinin məlumatına görə, nümayişçilər şəhərin mərkəzində toplaşaraq qısa müddətlik polislə toqquşublar. Polis etirazçıları dağıtmaq üçün dəyənəklərdən istifadə edib, iştirakçılar isə “itlər” və “xainlər” kimi şüarlar səsləndirib.
Rəsmi açıqlamaya görə, polis axtarışları ötən həftə universitet yaxınlığında binadan yıxılaraq ölən qadın tələbənin işi ilə bağlı aparıb. Lakin universitet rektoru Vladan Jokic bildirib ki, hüquqi əsas olmadan polis binaya daxil olaraq sənədləri və kompüterləri götürüb.
Digər tərəfdən, Draqan Vasilyeviç deyib ki, əməliyyat məhkəmə qərarı əsasında həyata keçirilib və məqsəd tələbənin ölümü ilə bağlı sübutların toplanması olub. Polis axtarış zamanı müxtəlif əşyaların aşkar edildiyini də açıqlayıb.
Etirazlar 2024-cü ilin dekabrından bəri davam edir və ölkədə siyasi gərginliyin artması ilə müşayiət olunur. Nümayişçilər Serbiya Prezidenti Aleksandar Vuçiç və onun tərəfdarlarını korrupsiya və media azadlığının məhdudlaşdırılmasında ittiham edirlər. Hakimiyyət isə bu iddiaları rədd edir.
İzmedia.az
![]()

