CNN-in məlumatına görə, ABŞ-da hüquq-mühafizə orqanlarının əməkdaşları bir saatdan çox müddətdə damar tapa bilmədikləri üçün məhkumun edamı bir il müddətinə təxirə salınıb.
Nəşr bildirib ki, Tennessi ştatının qubernatoru Toni Karrutersə ölümcül iynə vasitəsilə həyata keçirilməsi planlaşdırılan edam proseduru dayandırıldıqdan sonra ona bir illik möhlət verilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir saatdan çox müddət ərzində damar müəyyən etməyə çalışıblar.
Məhkumun vəkili bildirib ki, müdafiə etdiyi şəxs prosedur zamanı qıvrılır və inildəyirdi. O, baş verənləri “dəhşətli səhnə” kimi xarakterizə edib.
Bundan əvvəl The Daily Star qəzeti ABŞ-da 29 il həbsdə qalan və üç dəfə edamdan xilas olan Oklahoma sakini Riçard Qlossipin ölüm hökmünün ləğv edildiyini yazmışdı.
Nəşrin məlumatına görə, Qlossip 1997-ci ilin yanvarında otel sahibi Barri Van Trisin qətlini təşkil etməkdə ittiham olunaraq həbs edilmişdi. Müdafiə tərəfi hadisənin uğursuz soyğunçuluq cəhdi nəticəsində baş verdiyini iddia edərək onun azad edilməsinə çalışıb.
Məlumata əsasən, hakimiyyət orqanları prokurorluğun ciddi qanun pozuntularına yol verdiyini etiraf edib. Bildirilir ki, ittiham tərəfi əsas şahid Castin Snidin psixoloji problemlərini gizlədib, bəzi sübutları məhv edib və Qlossipin xeyrinə ola biləcək ifadələri təqdim etməyib.
İzmedia.az
![]()

