Kanadada amerikalı beysbolçuların avtobusunu 15 yaşlı qız yandırıb

Nərmin
1 Min Read

Vinnipeq şəhərində amerikalı beysbol komandasına məxsus avtobus tamamilə yanaraq kül olub. Polis hadisənin qəsdən törədilmiş yanğın olduğunu açıqlayıb.

Məlumata görə, Kane County Cougars komandası Kanadaya yerli Winnipeg Goldeyes komandası ilə oyun keçirmək üçün gəlib. Oyundan sonra komandanın icarəyə götürdüyü avtobus stadion yaxınlığında saxlanılıb.

Gecə saatlarında avtobusda güclü yanğın başlayıb. İçəridə olan forma, idman avadanlıqları və oyunçuların şəxsi əşyaları tamamilə yanıb.

Hadisə şahidlərindən biri avtobusun içində insan olduğunu görərək onu xilas etməyə nail olub. Daha sonra polis yanğınla bağlı iki yeniyetməni saxlayıb.

Rəsmi ittiham isə yalnız 15 yaşlı bir qıza qarşı irəli sürülüb. O, qəsdən yanğın törətmək və alışdırıcı maddələr saxlamaqda şübhəli bilinir. Yeniyetmə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Yanğın nəticəsində avtobus tam yararsız hala düşüb. Klub rəhbərliyi dəyən ziyanın miqdarını açıqlamayıb, araşdırma isə davam edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş