Albertanın Kanadadan ayrılması ilə bağlı referendum keçiriləcək

1 Min Read

Kanadanın Alberta əyalətinin Baş naziri Daniel Smit mayın 21-də bölgənin Kanadadan ayrılması məsələsi ilə bağlı referendumun oktyabrın 19-da keçiriləcəyini açıqlayıb.

O, CBC tərəfindən yayımlanan videomüraciətində bildirib:

“Mən hökumətimizdən oktyabrın 19-na təyin edilmiş və daha əvvəl elan olunan referendum səsverməsinə əlavə bir sual daxil etməsini xahiş edəcəyəm”.

Smit qeyd edib ki, əyalət sakinlərinə Albertanın Kanadanın tərkibində qalması və ya bölgə hakimiyyətinin ölkə konstitusiyasında nəzərdə tutulduğu kimi məcburi əyalət referendumunun keçirilməsi üçün hüquqi prosesə başlaması ilə bağlı suallar təqdim olunacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş