“The Washington Post” qəzetinin məlumatına görə, ABŞ son müharibə zamanı İsraili İranın hücumlarından qorumaq üçün THAAD raketdən müdafiə sisteminin tutucularının arsenalının yarısından çoxunu istifadə edib.
Nəşrin yazdığına görə, ABŞ eyni zamanda İsrailin müdafiəsi məqsədilə 100-dən çox SM-3 və SM-6 tipli raketlərdən də istifadə edib. İsrail tərəfində isə 100-dən az “Arrow” və təxminən 90 “David’s Sling” raketi yerləşdirilib.
ABŞ rəsmisi qəzetə bildirib ki, İranla hərbi əməliyyatlar yenidən başlayarsa, Vaşinqton İsrailin müdafiəsi üçün daha çox raket tutucusu istifadə etməli olacaq. Buna səbəb kimi İsrailin bəzi hava hücumundan müdafiə batareyalarını texniki xidmətə göndərməsi göstərilib.
Qəzetin həmsöhbəti həmçinin qeyd edib ki, “İsrail təkbaşına müharibə aparmaq və qalib gəlmək qabiliyyətinə malik deyil, lakin heç kim bunu tam olaraq bilmir, çünki bu imkanlar real sınaqdan keçməyib”.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə ittihamları rədd edərək İsraillə birgə məsuliyyətlə bağlı hər hansı problem olmadığını bildirib.
Pentaqonun açıqlamasında qeyd olunub:
“Ballistik raket tutucuları geniş sistem və imkanlar şəbəkəsində yalnız bir vasitədir”.
Vaşinqtondakı İsrail səfirliyi isə cavabında bildirib ki, ABŞ-ın İsrailin hərbi hazırlığı və müdafiə qabiliyyəti baxımından “başqa belə tərəfdaşı yoxdur”.
İzmedia.az
![]()

