izmedia.az xəbər verir ki, ABŞ-ın Florida ştatında yerləşən və qeyri-rəsmi olaraq “Aligator Alkatrası” adlandırılan miqrant saxlama mərkəzinin yaxın zamanda bağlanacağı bildirilir.
CBS telekanalının məlumatına görə, obyektin idarə olunmasına cavabdeh olan özəl təhlükəsizlik şirkətləri artıq mərkəzdə saxlanılan təxminən 1400 nəfərin başqa müəssisələrə köçürülməsi barədə xəbərdarlıq alıb.
Bildirilir ki, Floridada yerləşən bu müvəqqəti saxlama mərkəzi qeyri-qanuni miqrantların deportasiya prosesini gözlədiyi yerlərdən biri olub və yaxın həftələrdə tamamilə boşaldılacaq.
Məlumata görə, bütün saxlanılan şəxslərin digər mərkəzlərə köçürülməsi planlaşdırılır və obyektin fəaliyyətinin iyun ayında tam dayandırılması gözlənilir.
Qeyd olunur ki, “Aligator Alkatrası” adı həmin mərkəzin yerləşdiyi bataqlıq ərazidə çoxlu alliqatorların olması səbəbilə verilib. Bu faktor qaçış cəhdlərini demək olar ki, mümkünsüz edir və obyektə daha sərt imic qazandırır.
Rəsmilər hələlik məsələ ilə bağlı geniş açıqlama verməyiblər.
![]()
