Polşanın daxili işlər naziri Marcin Kierwiński sosial media hesabında bildirib ki, Polşa radikal İsrail naziri İtamar Ben-Qvirin ölkəyə girişini 5 il müddətinə qadağan edib.
Nazir qeyd edib ki, “Polşa vətəndaşlarına qarşı qəddar rəftar həmişə cavablandırılacaq. Bu cür davranışa kimin icazə verməsindən asılı olmayaraq. Polşa Xarici İşlər Nazirliyi və xarici işlər naziri Radosław Sikorskinin xahişi ilə, artıq dediyim kimi, İtamar Ben-Qvirin Polşaya girişi rəsmi olaraq qadağan edilib”.
Daha əvvəl Ben-Qvir, Polşa vətəndaşlarının da daxil olduğu Fələstin tərəfdarı Sumud donanması hadisəsi fəallarını lağa qoyduğunu göstərən görüntüləri yayımlamışdı.
İtaliya isə Avropa Birliyindən Ben-Qvirə qarşı sanksiyalar tətbiq edilməsini istəyib.
İzmedia.az
![]()

