“Politico” mənbələrə istinadən 24 mayda bildirib ki, Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen pilotsuz uçuş aparatları (PUA) ilə bağlı hadisələri müzakirə etmək üçün 26 may çərşənbə axşamı Litvaya səfər edəcək.
Nəşrin məlumatına görə, “fon der Leyenin cavab tədbirlərini əlaqələndirmək üçün Baltikyanı ölkələrin dövlət və hökumət başçıları ilə görüşməsi gözlənilir. Müdafiə və Kosmos məsələləri üzrə Avropa komissarı Andrius Kubilius da Litvaya səfər edəcək”.
Qeyd olunur ki, səfər çərçivəsində Baltikyanı ölkələrə dəstək ifadə olunacaq və əsas diqqət komissiyanın maliyyələşdirilməsi və planlaşdırılması sahələrində təşəbbüslər vasitəsilə ortaq müdafiə qabiliyyətlərinin gücləndirilməsinə yönələcək.
İzmedia.az
![]()

