Media maqnatı Donald Nyuhaus 96 yaşında vəfat edibc

1 Min Read

“The New York Times” qəzetinin məlumatına görə, amerikalı media maqnatı və dünyanın ən böyük media imperiyalarından biri olan “Advance Publications” şirkətinin həmtəsisçilərindən Donald Nyuhaus 96 yaşında ABŞ-da vəfat edib.

Məlumatda qeyd olunub ki, onun oğlu və Advance şirkətinin həmsədri Stiven Nyuhaus ölüm səbəbinin limfoma – limfa düyünlərinin xərçəngi olduğunu təsdiqləyib.

Donald Nyuhaus böyük qardaşı Samuel Nyuhaus Jr. ilə birlikdə atalarının 1922-ci ildə yaratdığı şirkəti miras almışdı. Zaman keçdikcə bu şirkət dünyanın ən böyük özəl media konqlomeratlarından birinə çevrilib.

Nyuhaus şirkətin qəzet və kabel televiziyası sahələrinə rəhbərlik etdiyi halda, qardaşı Samuel Nyuhaus Jr. Vogue, The New Yorker, Vanity Fair, Wired və digər məşhur nəşrlərin daxil olduğu Condé Nast nəşriyyat bölməsinə nəzarət edirdi.

Donald Nyuhausun rəhbərliyi dövründə Advance Publications-ın qəzet bölməsi ABŞ-ın müxtəlif ştatlarında fəaliyyətini genişləndirib. Şirkətin tərkibində fəaliyyət göstərən media qurumları onlarla Pulitzer mükafatı və digər peşəkar mükafatlara layiq görülüb.

Məlumata görə, Nyuhaus ailəsinin sərvəti təxminən 24 milyard dollar dəyərində qiymətləndirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş