NBC: ABŞ İranla bağlı yeni hərbi hədəf siyahısı hazırlayıb

1 Min Read

NBC telekanalı mənbələrə istinadən xəbər verir ki, ABŞ hərbi rəsmiləri Vaşinqtonun əməliyyatları bərpa edəcəyi təqdirdə İrandakı potensial hədəflərin yeni siyahısını tərtib edib.

Mənbələrin məlumatına görə, siyahıya gizli yerləşdiyi və güclü mühafizə olunduğu üçün zərbə endirilməsi çətin olan möhkəmləndirilmiş obyektlər də daxildir. Bununla belə, Pentaqonun bu addımı dərhal hücum planlarının mövcudluğunu göstərmir.

Qeyd olunur ki, bu hədəflərə mümkün zərbələrin həyata keçirilməsi ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar üzrə verəcəyi siyasi qərardan asılı olacaq.

Eyni zamanda, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyata başladığı bildirilir. 7 apreldə isə ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik “ikitərəfli atəşkəs” elan edib. 11 apreldə tərəflərin İslamabadda bir neçə raund danışıqlar apardığı, lakin ciddi fikir ayrılıqlarına görə uzunmüddətli razılaşma əldə edə bilmədiyi qeyd olunur.

21 apreldə Tramp atəşkəsin uzadılması planlarını açıqlayıb, 19 mayda isə ABŞ-ın diplomatiyaya şans verməyə hazır olduğunu və hərbi əməliyyatları müvəqqəti dayandırdığını bildirib. 23 mayda razılaşma istiqamətində irəliləyiş olduğunu desə də, ertəsi gün hələ də həll olunmamış məsələlərin qaldığını vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş