Tramp: İranla nüvə sazişi üzrə istədiyimiz nəticəyə yaxınlaşırıq

1 Min Read

ABŞ Prezidenti Donald Tramp İranla bağlanacaq sazişin əsasən nüvə məsələlərinə həsr olunduğunu vurğulayıb və Tehranın nüvə proqramı ilə bağlı məsələlərin ətraflı və hərtərəfli müzakirə edildiyini bildirib.

Tramp Truth Social sosial şəbəkəsində yazıb: “CNN-in yaydığı saxta xəbərlərdə, həmişə olduğu kimi, İranla nüvə sazişinin guya nüvə məsələləri ilə bağlı olmadığı iddia edilirdi. Halbuki sənəddə İranın nüvə silahına sahib olmayacağı açıq şəkildə qeyd olunub. Bundan əlavə, saziş çərçivəsində nüvə proqramı ilə bağlı digər aspektlər də geniş şəkildə təhlil edilib. Əslində, sazişin böyük hissəsi məhz buna həsr olunub”.

ABŞ Prezidenti bazar günü gecəsi Fox News telekanalına verdiyi müsahibədə Vaşinqton üçün məqbul şərtlərlə İranla razılaşmanın əldə olunmasına getdikcə yaxınlaşdıqlarını bildirib.

“Düşünürəm ki, yavaş-yavaş, amma əmin addımlarla istədiyimiz nəticəyə yaxınlaşırıq”, – deyə Tramp qeyd edib.

Eyni zamanda, ABŞ lideri bir daha xəbərdarlıq edib ki, İran razılaşmaya getməyəcəyi təqdirdə, Vaşinqton hərbi əməliyyatları davam etdirməyə hazır olacaq.

Axios portalının məlumatına görə, cümə günü Vaşinqtonda keçirilən görüş zamanı Tramp sazişlə bağlı yeni təkliflər irəli sürüb və xüsusilə İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcək taleyi ilə bağlı daha sərt tələblər irəli sürüb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş