Ərdoğan: “Beynəlxalq hüquq iflic vəziyyətindədir, beynəlxalq sistem etimad böhranı yaşayır”

1 Min Read
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ədalət Sammitində çıxışı zamanı müasir qlobal nizamın dərin legitimlik, funksionallıq və etimad böhranı yaşadığını bəyan edib. Türkiyə lideri vurğulayıb ki, beynəlxalq hüquq faktiki olaraq dayandırılıb, qlobal müqavilələr əhəmiyyətini itirib, beynəlxalq məhkəmələrin qərarları isə icra olunmur. Ərdoğanın sözlərinə görə, ədalət prinsipi bərqərar olunmadan qaydalara əsaslanan beynəlxalq sistemin qlobal sülh və təhlükəsizliyi təmin etməsi mümkün deyil.
Dövlət başçısı xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) mövcud strukturunu kəskin tənqid edərək, 190-dan çox ölkənin iradəsinin Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvünün qərarlarından asılı olmasını ədalətsiz və qeyri-sağlam sistem adlandırıb. BMT Təhlükəsizlik Şurasında köklü islahatların vacibliyini xatırladan Ərdoğan veto hüququnun ləğv edilməsini və daimi üzvlük əvəzinə Baş Assambleya tərəfindən məhdud müddətə seçilən rotasiyalı üzvlük modelinə keçilməsini təklif edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş