“The Jerusalem Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, İsrail rəsmiləri Vaşinqtondan Livanın paytaxtı Beyrutda İsrail Müdafiə Qüvvələrinin (İMQ) əməliyyatlarının genişləndirilməsinə razılıq verməsini istəyiblər.
Qəzetin məlumatına əsasən, İsrailin yüksək vəzifəli rəsmiləri ABŞ-ın yüksək vəzifəli nümayəndələrinə müraciət edərək İMQ-nin Beyrut istiqamətində hücumlarını genişləndirməsinə icazə verilməsini xahiş ediblər.
Mənbələrin bildirdiyinə görə, israilli rəsmilər həm Vaşinqton və Tehran arasında, həm də İsrail ilə Livan arasındakı danışıqlarda irəliləyiş əldə olunmamasını nəzərə alaraq, ABŞ-ın müsbət cavab verəcəyinə ümid edirlər.
İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü İsrail Müdafiə Qüvvələrinin Livandakı əməliyyatlarını gücləndirəcəyini açıqlayıb. O bildirib ki, hərbi kampaniya daha uzun müddət davam edəcək, lakin İsrail ölkənin şimal bölgəsində təhlükəsizliyi bərpa edəcək.
İzmedia.az
![]()

