Rubio Livan və İsrail liderləri ilə yeni atəşkəs təşəbbüsünü müzakirə edib

1 Min Read

Axios-un jurnalisti Barak Ravidin yüksək vəzifəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə yeni atəşkəs təşəbbüsünü irəli aparmaq məqsədilə danışıqlar aparıb.

Barak Ravid X sosial şəbəkəsində yazıb: “ABŞ dövlət katibi Marko Rubio son 48 saat ərzində yeni atəşkəs təşəbbüsünü irəli sürmək üçün Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb”.

Jurnalistin həmsöhbətinin sözlərinə görə, yeni təşəbbüs İsrail və Livan arasında davam edən danışıqlar çərçivəsində irəli sürülüb.

Danışıqlarda irəliləyiş əldə etmək üçün Vaşinqton ilk addım kimi Hizbullahın İsrailə qarşı bütün hücumları dayandırmasını təklif edib. Bununla yanaşı, İsrail tərəfinin də Beyrutda gərginliyi artıracaq addımlardan çəkinməsi istənilib.

Amerikalı rəsmilərdən birinin sözlərinə görə, bu yanaşma gərginliyin mərhələli şəkildə azaldılmasına və hərbi əməliyyatların faktiki olaraq dayandırılmasına imkan yarada bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş