ABŞ İranda radar və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirib

1 Min Read

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 1-də sosial media hesabında yaydığı məlumatda ABŞ qüvvələrinin İrandakı bir sıra hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Bildirilib ki, zərbələrin hədəfi İranın Goruk bölgəsində yerləşən radar sistemləri və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələri olub.

Bəyanatda qeyd olunub: “Məqsədyönlü və planlı şəkildə həyata keçirilən bu zərbələr İranın beynəlxalq sularda fəaliyyət göstərən ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatını vurması da daxil olmaqla, aqressiv hərəkətlərinə cavab olaraq şənbə və bazar günləri həyata keçirilib”.

Məlumata görə, ABŞ qırıcı təyyarələrinin endirdiyi zərbələr nəticəsində İranın hava hücumundan müdafiə (HHM) obyektləri, yerüstü idarəetmə məntəqəsi və iki hücum tipli pilotsuz uçuş aparatı məhv edilib.

CENTCOM həmçinin bildirib ki, əməliyyat zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş