Alimlər: timus (çəngələbənzər vəz) böyüklərdə də vacib rol oynayır

Nərmin
1 Min Read

ABŞ alimləri insan orqanizmində “uşaqlıqdan sonra funksiyasını itirir” deyilən timus (çəngələbənzər vəz) barədə yeni elmi nəticələr təqdim ediblər.

Mass General Brigham tədqiqat mərkəzinin mütəxəssisləri Nature jurnalında dərc olunan araşdırmada 27,5 mindən çox insanın KT (kompüter tomoqrafiya) məlumatlarını analiz ediblər. Tədqiqat süni intellekt alqoritmləri vasitəsilə aparılıb və timusun strukturuna əsaslanan “sağlamlıq göstəricisi” yaradılıb.

Nəticələrə görə, timusu daha sağlam olan insanlarda:

  • ümumi ölüm riski təxminən 50% daha aşağıdır
  • ürək-damar xəstəliklərindən ölüm riski 63% azalır
  • ağciyər xərçəngi riski 36% aşağı olur

Alimlər bildirirlər ki, timus immun sistemində T-limfositlərin formalaşmasında mühüm rol oynayır. Bu hüceyrələr orqanizmi infeksiyalardan və xərçəng hüceyrələrindən qoruyur.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, siqaret çəkmək, artıq çəki və xroniki iltihab timusun funksiyasını zəiflədir. Bu isə immun sisteminin zəifləməsinə və xəstəlik riskinin artmasına səbəb ola bilər.

Mütəxəssislər gələcəkdə timusun funksiyasını qorumaq və ya bərpa etmək yollarının – həyat tərzi dəyişiklikləri və ya tibbi müdaxilələrlə – mümkün olub-olmadığını araşdırmağı planlaşdırırlar.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş