İsrail mediası: ABŞ-nin 12 F-22 qırıcısı ölkənin cənubundakı bazaya enib

1 Min Read

ABŞ-nin İrana mümkün hücumu ilə bağlı iddialar fonunda İsrail mətbuatında diqqətçəkən məlumat yayılıb.

İzmedia.az bildirir ki, Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu artırması çərçivəsində 12 ədəd F-22 Raptor tipli gizli qırıcı təyyarə İsrailin cənubundakı hava bazasına eniş edib.

Məlumata görə, sözügedən təyyarələr əvvəllər Böyük Britaniyadakı bazada yerləşib və çərşənbə axşamı səhər saatlarında oradan havaya qalxaraq regiona yönəlib. İsrail rəsmilərinin ABŞ-nin İrana mümkün zərbəsini “qaçılmaz” hesab etdiyi və iki ölkə arasında daimi koordinasiyanın davam etdiyi bildirilir.

Uçuş izləmə məlumatları ABŞ-nin bölgəyə F-35 Lightning II, F-22 Raptor, F-15 Eagle və F-16 Fighting Falcon daxil olmaqla onlarla döyüş təyyarəsi göndərdiyini göstərir. ABŞ mediası bunun 2003-cü ildə İraqın işğalından bəri Yaxın Şərqə ən böyük hava qüvvəsi yerləşdirilməsi olduğunu qeyd edir.

Rəsmi Vaşinqton və Tehran arasında nüvə danışıqları ilə bağlı qeyri-müəyyənlik davam etdiyi bir vaxtda, bu hərbi aktivlik regionda mümkün münaqişə ilə bağlı narahatlıqları daha da artırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş