ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, İsrail və Livan nümayəndə heyətləri Vaşinqtonda birbaşa danışıqların dördüncü raundunu keçiriblər.
Piqot X sosial şəbəkəsində paylaşdığı məlumatda qeyd edib:
“Bu gün ABŞ-ın himayəsi altında keçirilən birbaşa danışıqların dördüncü raundu çərçivəsində Dövlət Departamentində İsrail və Livan nümayəndə heyətlərinin növbəti görüşü baş tutub. Siyasi və təhlükəsizlik sahələrində irəliləyiş davam edir”.
Onun sözlərinə görə, ABŞ tərəfi danışıqlar prosesini dəstəkləməyə sadiq qalır və tərəflər arasında dialoqun davam etdirilməsi üçün səylərini davam etdirir.
Tommi Piqot həmçinin bildirib ki, danışıqların növbəti raundunun iyunun 3-də keçirilməsi planlaşdırılır.
İzmedia.az
![]()

