İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri-Qani “İzvestiya”ya açıqlamasında bildirib ki, İran və ABŞ arasında danışıqların hazırkı mərhələsində İslam Respublikasından nüvə materiallarının ixracı məsələsi gündəmdə deyil.
Onun sözlərinə görə, hazırda əsas müzakirə mövzusu müharibənin dayandırılmasıdır.
“Deyə bilərəm ki, hazırda müharibənin sonu gündəmdədir. Material ixracı da daxil olmaqla, başqa heç bir mövzunu müzakirə etmirik”, – deyə o bildirib.
Əli Baqiri-Qani həmçinin qeyd edib ki, diplomatik proses uzun müddətdir davam edir, lakin onun nəticəsi birbaşa Vaşinqtonun mövqeyindən və praqmatik yanaşmasından asılıdır.
İzmedia.az
![]()

