İİKK: İran tankerinə hücuma cavab olaraq ABŞ gəmisinə zərbə endirilib

1 Min Read

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) iyunun 3-də bildirib ki, Hörmüz boğazı yaxınlığında İran tankerinə edilən hücuma cavab olaraq ABŞ-a məxsus gəmi hədəfə alınıb.

İİKK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə Hörmüz boğazında baş verib.

Qurumun Telegram kanalında yayımlanan açıqlamada deyilir:

“Bu təcavüzə və Hörmüz boğazında müəyyən edilmiş qaydaların pozulmasına cavab olaraq, Amerika-sionist düşmənə məxsus ‘Panaya’ gəmisi İİKK-nın dəniz raketləri ilə vurulub”.

Açıqlamada qeyd olunur ki, həmin gün axşam saatlarında ABŞ qüvvələri Hörmüz boğazında İran tankerinə havadan zərbə endirib. Nəticədə tankerin mühərrik bölməsinə ziyan dəyib.

Hadisə ilə bağlı ABŞ tərəfinin mövqeyi hələlik açıqlanmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş