Britaniyada jurnal 19 il gecikmə ilə ünvanına çatdırılıb

1 Min Read

 

BBC-nin məlumatına görə, Böyük Britaniyada poçt xidməti bir jurnalı sahibinə 19 il gecikmə ilə çatdırıb.

Çester şəhərində yaşayan elmi fantastika yazıçısı Pol Edvards bildirib ki, iyunun 5-də onun poçt qutusuna valideynliklə bağlı məsləhətlər təqdim edən “Mother & Baby” jurnalının bir nüsxəsi qoyulub. O, həmin jurnalı 2007-ci ildə, qızının bir yaş yarım olduğu və həyat yoldaşının oğluna hamilə olduğu dövrdə sifariş etmişdi.

Hazırda ailənin övladları 18 və 20 yaşındadır və universitetdə təhsil alırlar.

Məlumata görə, “Royal Mail” jurnalın üzərinə çatdırılmanın gecikməsi ilə bağlı üzrxahlıq qeydi də əlavə edib.

“O vaxt jurnalın gəlmədiyini fərq etdiyimizə əmin deyiləm. İndi isə birdən poçt qutusundadır”, – deyə Edvards bildirib.

Yazıçının sözlərinə görə, onu ən çox təəccübləndirən məhz “yaratdığımız narahatlığa görə üzr istəyirik” qeydi olub.

“Əslində, uşaqlarım artıq evdən çıxıblar”, – deyə o, zarafatla qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş