BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını ifadə edib

1 Min Read

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə müşahidə olunan yeni gərginlik dalğası ilə bağlı dərin narahatlığını ifadə edib və bütün tərəfləri maksimum təmkin göstərməyə, eləcə də mövcud atəşkəs rejimlərinə riayət etməyə çağırıb.

Bu barədə BMT Baş katibinin müavini Fərhan Haqın yaydığı açıqlamada bildirilib.

Bəyanatda qeyd olunur ki, Antonio Quterreş bütün hücumların dərhal dayandırılmasına, vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə və regiondakı həssas vəziyyəti nəzərə alaraq son dərəcə ehtiyatlı davranmağa çağırıb.

BMT Baş katibi həmçinin Livan, İran və Qəzza zolağında qüvvədə olan atəşkəs rejimlərinə tam şəkildə əməl edilməsinin vacibliyini vurğulayıb.

Quterreş tərəfləri gərginliyin azaldılması və sabitliyin bərpasına yönəlmiş diplomatik səylərə zərər vura biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş