CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın tezliklə əldə olunacağı barədə ən azı 37 dəfə ictimai açıqlama verib.
Məlumata əsasən, bu bəyanatlar sosial şəbəkələrdə, ictimai çıxışlarda və media nümayəndələrinə verilən açıqlamalarda səsləndirilib. Tramp çıxışlarında ya razılaşmanın yaxın olduğunu bildirib, ya da İranın belə bir sazişin imzalanmasında maraqlı olduğunu iddia edib.
CNN qeyd edir ki, bu mövzuda ilk açıqlama martın 23-də verilib. Sonuncu bəyanat isə iyunun 8-də səsləndirilib. Həmin açıqlamada ABŞ Prezidenti İranla mümkün razılaşmanın iki həftə ərzində imzalana biləcəyini bildirib.
Telekanal eyni zamanda bu bəyanatların etibarlılığı ilə bağlı suallar qaldıraraq, onların bazarlara təsir göstərmək cəhdi və ya vəziyyətin həddindən artıq nikbin qiymətləndirilməsi ilə əlaqəli ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl də Vaşinqton və Tehran arasında aparılan danışıqlar, eləcə də mümkün razılaşma ilə bağlı müxtəlif açıqlamalar yayılıb. Lakin tərəflər arasında hələlik yekun sazişin əldə olunduğu elan edilməyib.
İzmedia.az
![]()

