Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı aparıb

1 Min Read

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.

Zelenski sosial şəbəkə hesabında etdiyi paylaşımda Kişinyov hava limanında dayanacaq zamanı baş tutan söhbəti “çox müsbət” adlandırıb.

Ukrayna liderinin sözlərinə görə, tərəflər Rusiya-Ukrayna münaqişəsinin diplomatik yollarla həlli istiqamətində səylərin gücləndirilməsini, eləcə də qarşıdan gələn beynəlxalq tədbirləri, o cümlədən G7 sammitini müzakirə ediblər.

Zelenski qeyd edib ki, o, həmsöhbətlərini cəbhədəki vəziyyət, Kiyevin mövqeyi və Moskvanın yanaşması barədə məlumatlandırıb. O, həmçinin ABŞ nümayəndələrinə göstərdikləri dəstəyə və ukraynalılara münasibətlərinə görə təşəkkür edib.

Ukrayna Prezidenti əlavə edib ki, hazırda beynəlxalq ictimaiyyətin diqqəti əsasən İran ətrafında baş verən hadisələrə yönəlib.

Məlumata görə, telefon danışığı Ukrayna nümayəndə heyətinin xarici səfərlərinin marşrutlarında dəyişikliklər və prezident səfərlərinin logistikasında aparılan düzəlişlərlə bağlı xəbərlər fonunda baş tutub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş