Xəbər:
Hollivud ulduzları Ancelina Coli və Bred Pittin qızı Zahara Marli Coli-Pitt soyadını rəsmi olaraq dəyişdirmək üçün Los-Anceles Ali Məhkəməsinə müraciət edib. O, bundan sonra yalnız Zahara Marli Coli adı ilə tanınmaq istədiyini bildirib.
21 yaşlı Zahara son illərdə ictimai tədbirlərdə artıq atasının soyadından istifadə etmirdi. Bu ilin may ayında Spelman Kollecində keçirilən məzuniyyət mərasimində ona diplom təqdim olunarkən adı yalnız “Zahara Marli Coli” kimi elan edilib.
Ancelina Coli və Bred Pittin boşanma prosesi 2016-cı ildə başlayıb və uzun sürən məhkəmə çəkişmələrindən sonra 2024-cü ildə yekunlaşıb. Cütlüyün altı övladı var və bundan əvvəl böyük oğulları Meddoks və qızları Şaylo da Pitt soyadından rəsmi şəkildə imtina ediblər.
ABŞ mediasının məlumatına görə, Zahara məhkəməyə təqdim etdiyi ərizədə bu qərarın səbəblərini açıqlamayıb. Məlumata əsasən, Ancelina Coli Zaharanı 2005-ci ildə Efiopiyadan övladlığa götürüb, Bred Pitt isə bir il sonra onun rəsmi atası kimi qeydiyyata alınıb.
![]()
