Norveçli professor: “Qərbin Rusiyaya qarşı real müqavimət imkanları yoxdur”

Nərmin
1 Min Read

Norveçin Cənub-Şərq Universitetinin professoru Qlenn Dizen bildirib ki, Qərbin Rusiyanı zəiflətmək cəhdləri nəticə verməyəcək və Moskvanın təslim olmasına səbəb olmayacaq.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiyaya qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etsələr də, real qarşıdurma üçün kifayət qədər imkanlara malik deyillər. Professor hesab edir ki, vəziyyət getdikcə daha da gərginləşir və eskalasiya ehtimalı artır.

Dizen qeyd edib ki, Rusiya ərazisinə edilən hücumlar Moskvanı təslim olmağa məcbur etməyəcək. O bildirib ki, Rusiya müəyyən itkilərə baxmayaraq, öz mövqeyini qorumaq iqtidarındadır və birbaşa NATO ilə münaqişəyə girmədən fəaliyyətini davam etdirə bilər.

Ekspert həmçinin Qərbdə Rusiyanın tezliklə geri çəkiləcəyi ilə bağlı formalaşan nikbin gözləntilərin reallığa uyğun olmadığını vurğulayıb. Onun fikrincə, belə yanlış hesablamalar gələcəkdə ciddi nəticələrə səbəb ola bilər.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş