Pentaqon rəhbəri İrana xəbərdarlıq etdi: “Sazişi qəbul edin, əks halda yeni zərbələr olacaq”

Nərmin
1 Min Read

ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, İran Prezident Donald Trampın təklif etdiyi razılaşmanı qəbul etməlidir. Onun sözlərinə görə, əks halda Tehran ABŞ qüvvələrinin yeni hərbi zərbələri ilə üzləşə bilər.

Jurnalistlər qarşısında çıxış edən Heqset Trampı “dünyanın ən yaxşı danışıqlar aparan lideri” adlandırıb və İran üçün bu təklifi qəbul etməyin ən doğru seçim olacağını deyib.

Pentaqon rəhbəri vurğulayıb ki, əgər Tehran razılaşmadan imtina edərsə, ABŞ Mərkəzi Komandanlığının prezidentin əvvəlcədən bəyan etdiyi addımları ilə qarşılaşacaq.

O, həmçinin qeyd edib ki, mümkün sülh sazişinin əsas şərti İranın nüvə silahına sahib olmaq planlarından tamamilə imtina etməsidir. Heqset Trampın səbirli olduğunu bildirsə də, bu səbrin sonsuz olmadığını da əlavə edib.

Bu açıqlamalar ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib və Vaşinqtonun Tehrana qarşı sərt mövqeyini bir daha nümayiş etdirir.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş