BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Yəmən üzrə nümayəndəliyi ölkədə hərbi əməliyyatların səngimədiyi təqdirdə 230 minə qədər dinc sakinin yaşayış yerlərini tərk edərək didərgin düşmək riski ilə üzləşdiyini bəyan edib.
Xəbərdarlıq Yəmən hökumət qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya aviasiyasının Taiz əyalətinin qərb hissəsində husilərin mövqelərinə, toplanış məntəqələrinə və silah anbarlarına intensiv hava zərbələri endirməsi fonunda verilib.
BMT rəsmiləri qarşıdurmaların kəskinləşməsinin regionda onsuz da ağır olan humanitar böhranı daha da dərinləşdirəcəyindən ciddi narahatlıq ifadə edirlər.
İzmedia.az
![]()

