ABŞ və Avropa ölkələri daxil olmaqla 22 dövlət İranı öz ərazilərində hücumlar həyata keçirməkdə ittiham edib. Birgə bəyanatda insanların öldürülməsi, qaçırılması, təqib olunması və qorxudulmasına yönələn fəaliyyətlərin milli suverenliyin və beynəlxalq hüququn pozulması olduğu vurğulanıb.
Almaniya, Böyük Britaniya, Fransa, Kanada, ABŞ və digər ölkələr Tehranı bu cür fəaliyyətləri dərhal dayandırmağa çağırıblar.
Bəyanatda qeyd olunur ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun “Qüds” qüvvələri İran dissidentlərinə, jurnalistlərə və yəhudi icmalarına qarşı fəaliyyət göstərir.
Ölkələr həmçinin İranı Avropada fəaliyyət göstərən “Hərəkat Əshab əl-Yəmin əl-İslamiyyə” təşkilatı vasitəsilə hücumlar təşkil etməkdə ittiham ediblər. Qrup daha əvvəl Böyük Britaniya, Belçika və Niderlandda yəhudi icmalarına qarşı hücumlar və sinaqoqlarda törədilən yanğınlara görə məsuliyyəti öz üzərinə götürüb.
İzmedia.az
![]()

