Rusiyanın Krasnoyarsk diyarında son bir həftə ərzində su sincabları 12 nəfəri dişləyib.
Rospotrebnadzorun regional idarəsinin məlumatına görə, zərərçəkənlər arasında 9-15 yaş arası beş uşaq da var. Bildirilib ki, vaxtında görülən tədbirlər nəticəsində ciddi sağlamlıq fəsadlarının qarşısı alınıb.
KrasnoyarskMedia agentliyinin məlumatına əsasən, bütün hadisələr Tatişev adasında qeydə alınıb.
Mütəxəssislər vəhşi heyvanları yemləməyin təhlükəli olduğunu vurğulayaraq, su sincablarına yaxınlaşmamağı və onları əllə yemləməməyi tövsiyə ediblər. Qeyd olunub ki, bu heyvanlar müxtəlif infeksiya və parazitar xəstəliklərin daşıyıcısı ola bilər.
İzmedia.az
![]()

