Livan və İsrail arasında əldə edilən razılaşmanın icrası fonunda Yaxın Şərqdə döyüşlər davam edir

1 Min Read

Livan ordusu, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən razılaşmaya əsasən, İsrail qoşunlarının ərazidən çıxarılmasından sonra cənubdakı Zavtar əl-Ğarbiya şəhərinə qoşun yerləşdirməyə başladığını bildirib.

“Əl-Cəzirə” nin verdiyi məlumata görə , Livan ordusunun bəyanatında deyilir : “Ordu komandanlığı bir daha vətəndaşları təhlükəsizlik vəziyyəti sabitləşənə qədər şəhərə getməməyə və öz təhlükəsizlikləri üçün yerləşdirilən hərbi hissələrin təlimatlarına əməl etməyə çağırır”.

Daha əvvəl ABŞ Dövlət Departamenti elan etmişdi ki, bu bölgə, Zavtar əl-Ğarbiya, Frou və Şrifa kəndləri ilə birlikdə Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən razılaşmanın həyata keçirilməsinin sınaqdan keçiriləcəyi üç bölgədən biridir.

Bu fonda İranın İordaniya, Qətər, Küveyt və Bəhreyn ərazilərinə zərbələri, eləcə də İsrailin Livanın cənubunda genişmiqyaslı bombardmanları barədə yenidən məlumatlar daxil olur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş