Braziliyalı futbol ulduzu Neymar və həyat yoldaşı Bruna Biancardi üçüncü övladlarını gözlədiklərini açıqlayıblar. Bu, Neymarın ümumilikdə beşinci övladı olacaq.
Cütlük sosial şəbəkələrdə paylaşdıqları videoda daha bir qız övladı gözlədiklərini elan edib. Videoda onların qızları Meyvi və Mel, həmçinin Neymarın əvvəlki münasibətindən olan oğlu Davi Lukka da yer alıb.
Neymar zarafatla bundan sonra ailə qrupunun adını “Spice Girls” qoyacağını bildirib.
Şəxsi həyatı ilə bağlı xoş xəbərlə yanaşı, Neymar sağ baldırından aldığı zədənin vəziyyətini qiymətləndirmək üçün yeni tibbi müayinələrdən keçib. Mənbələrin məlumatına görə, futbolçu testlərdən sonra bərpa prosesini davam etdirib.
Keçmişdə FC Barcelona və Paris Saint-Germain F.C. formalarını geyinən Neymar mayın 17-də zədələnib və həmin vaxtdan meydanlardan uzaq qalıb.
O, son olaraq 17 oktyabr 2023-cü ildə Braziliya millisinin heyətində meydana çıxıb və həmin oyunda ağır diz zədəsi alıb.
İzmedia.az
![]()

