Davor Šuker Radio Marca-da yayımlanan “La Tribu” verilişinə müsahibəsində Luka Modrićın gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Marca xəbər verir ki, Şuker bildirib: “Real Madrid”lə bağlı nəsə ola bilər”. O, Modriçin gələcək planlarının hələ tam dəqiqləşmədiyini vurğulayıb.
Keçmiş futbolçu qeyd edib ki, Modriçin mümkün qayıdışı ilə bağlı qərar Dünya Kubokundan sonra daha aydın olacaq. Onun sözlərinə görə, Xorvatiya millisinin kapitanı bu yay “Real Madrid”ə qayıda bilər, lakin rolunun hansı formada olacağı hələ bilinmir.
Şuker həmçinin əlavə edib ki, Modriç “Real”la bağlı hər hansı formada yenidən əməkdaşlıq edə bilər, lakin detallar açıqlanmır.
Qeyd edək ki, 41 yaşlı Modriç 2012–2025-ci illərdə “Real Madrid”də çıxış edib və klub tarixində ən çox titula sahib oyunçu olub. O, ötən yay “Milan”a transfer olunub və hazırkı müqaviləsinin müddəti yaxın vaxtlarda başa çatır.
İzmedia.az
![]()

