The Wall Street Journal-ın məlumatına görə, ABŞ prezidenti Donald Trump İsrailin baş naziri Benjamin Netanyahu ilə telefon danışıqlarından narazıdır.
Qəzetin ABŞ administrasiyasındakı yüksəkvəzifəli mənbəsinə görə, Netanyahu Trampa tez-tez İranla bağlı hərbi addımların vacibliyini izah edir və bu danışıqlar adətən oxşar məzmun daşıyır.
Məlumata əsasən, son həftələrdə iki lider arasında fikir ayrılıqları dərinləşib. Bildirilir ki, Tramp İranla gərginliyi azaltmağa çalışdığı halda, Netanyahu hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.
Mənbələr qeyd edir ki, Livanla bağlı son telefon danışığında Tramp Netanyahuya bəzi hərbi əməliyyatlarla bağlı narazılığını bildirib və bu addımların dayandırılmasını istəyib.
Qəzet yazır ki, Tramp artıq Netanyahu ilə söhbətlərdən sonra administrasiya rəsmilərindən İsrail baş nazirinin verdiyi məlumatların nə dərəcədə doğru olduğunu daha tez-tez soruşmağa başlayıb.
İzmedia.az
![]()

