Peruda avtobus qəzası: 11 nəfər ölüb

0 Min Read

 

El Comercio qəzetinin məlumatına görə, Peruda baş verən avtobus qəzasında azı 11 nəfər həyatını itirib.

Məlumata əsasən, Real Chancas şirkətinə məxsus avtobus Pucallpadan paytaxt Limaya gedərkən Huánuco bölgəsinin Ermilio Valdisan rayonu yaxınlığında yoldan çıxaraq qəzaya uğrayıb.

Hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxuya gedib və döngədə nəqliyyat vasitəsinə nəzarəti itirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş