22–28 iyun tarixlərini əhatə edən həftədə bəzi bürclər üçün maliyyə sahəsində mühüm imkanlar yarana bilər. Astroloqların fikrincə, xüsusilə ayın Tərəzi bürcündə ilk dörddəbir fazaya keçməsi maliyyə qərarlarında yeni başlanğıclar üçün əlverişli şərait yaradır.
Bu həftə xüsusilə üç bürc üçün uğurlu hesab olunur:
Bakirə bürcü
Bakirələr üçün bu dövr maliyyə məsələlərində dəstək almaq və problemləri birlikdə həll etmək baxımından önəmli ola bilər. Mütəxəssislər hesab edir ki, bu bürc nümayəndələri yaxın çevrələri və ya maliyyə məsləhətçiləri ilə əməkdaşlıq edərək vəziyyətlərini yaxşılaşdıra bilərlər.
Buğa bürcü
Buğalar üçün Marsın Əkizlər bürcünə keçidi yeni gəlir imkanları və investisiya perspektivləri vəd edir. Xüsusilə yeni müqavilələr və maliyyə planlaması üçün münasib dövr hesab olunur.
Əkizlər bürcü
Əkizlər üçün isə bu həftə əvvəl yarımçıq qalan maliyyə məsələlərinin həlli və yeni fürsətlərin dəyərləndirilməsi baxımından önəm daşıyır. Astroloqlar hesab edir ki, bu bürc nümayəndələri yaxın dövrdə gəlirlərini artırmaq şansı əldə edə bilərlər.
Astroloqlar bildirirlər ki, bu həftə düzgün qərarlar və planlı addımlar maliyyə sabitliyinin güclənməsinə kömək edə bilər.
İzmedia.az
![]()

