Avstraliya Ukraynaya silah və sursat alınması üçün əlavə 100 milyon Avstraliya dolları (70 milyon ABŞ dolları) ayıracaq.
Bu barədə Avstraliyanın Baş nazirinin müavini və müdafiə naziri Richard Marles iyunun 19-da məlumat verib.
Müdafiə Nazirliyinin açıqlamasına görə, ayrılan vəsait NATO-nun dəstəyi ilə formalaşdırılan Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) mexanizmi vasitəsilə həyati əhəmiyyətli hərbi texnikanın alınmasına yönəldiləcək.
Bildirilib ki, yardım çərçivəsində Ukraynaya hava hücumundan müdafiə sistemləri və sursat daxil olmaqla vacib hərbi avadanlıqların təmin olunmasına dəstək göstəriləcək.
İzmedia.az
![]()

