İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazının fəaliyyətinin bərpası üçün Tehranın əsas şərtlərini açıqlayıb.
“Mehr” xəbər agentliyinin məlumatına görə, spiker neft sanksiyaları ləğv olunmayana, dondurulmuş aktivlər azad edilməyəcək, ABŞ dəniz blokadası götürülməyəcək və bütün istiqamətlərdə hərbi təhdidlər dayandırılmayanadək boğazın açılmayacağını vurğulayıb. Qalibaf İslamabadla əldə olunmuş anlaşma memorandumunda göstərilən şərtlərin tam icrasının vacibliyini diqqətə çatdırıb.
İranlı rəsmi ölkəsinin hərbi hazırlığına toxunaraq xəbərdarlıq edib ki, Tehran “düşmənə daha ağır məğlubiyyət” vurmağa tam hazırdır.
İzmedia.az
![]()

