Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra Hörmüz boğazından keçən gəmilər üçün təhlükə səviyyəsinin “orta” həddə endirildiyini açıqlayıb.
Qurum bununla yanaşı, boğazda minaların mövcudluğu və mina təmizləmə əməliyyatlarının davam etməsi səbəbindən dənizçilərə ehtiyatlı olmağı tövsiyə edib.
UKMTO tranzit marşrutlarında ticarət gəmilərinin sayının artdığını və hərəkətin təhlükəsizliyini təmin etmək üçün hərbi dəniz qüvvələrinin bölgədə fəaliyyət göstərəcəyini də bildirib.
Qeyd edək ki, daha əvvəl bölgədə davam edən hərbi əməliyyatlara görə təhlükə səviyyəsi “kritik” olaraq qiymətləndirilirdi.
Bu açıqlama ABŞ Mərkəzi Komandanlığının (United States Central Command) İran limanlarına tətbiq olunan dəniz blokadasının tamamilə ləğv edildiyini elan etməsindən sonra verilib.
Xatırladaq ki, imzalanan memorandum İranın Hörmüz boğazını yenidən açmasını və ABŞ-ın dəniz blokadasını aradan qaldırmasını nəzərdə tutur.
İzmedia.az
![]()

